...

Misir ordusu terror aktını törədən terrorçuların silah bazasını məhv edib

Dünya xəbərləri Materials 25 Noyabr 2017 08:42 (UTC +04:00)
Misir hərbi hava qüvvələri Sinay yarımadasının şimalında er-Rouda məscidində baş verən terror aktından sonra terrorçuların mövqelərinə hava zərbələri endirib
Misir ordusu terror aktını törədən terrorçuların silah bazasını məhv edib

Bakı. Trend:

Misir hərbi hava qüvvələri Sinay yarımadasının şimalında er-Rouda məscidində baş verən terror aktından sonra terrorçuların mövqelərinə hava zərbələri endirib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində terrorçuların bir neçə nəqliyyat vasitəsi və silah və hərbi sursat bazası məhv edilib.

Qeyd edək ki, ötən gün Misirin Sinay yarmadasında məscidə hücum nəticəsində 235 nəfər ölüb, 120-dən çox adamın isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti