...

İspaniyada sərnişin qatarı relsdən çıxıb - Yaralılar var

Dünya xəbərləri Materials 29 Noyabr 2017 15:10 (UTC +04:00)
İspaniyanın Əndəlus rayonunda qatar relsdən çıxıb.
İspaniyada sərnişin qatarı relsdən çıxıb - Yaralılar var

Bakı. Trend:

İspaniyanın Əndəlus rayonunda sərnişin qatarı relsdən çıxıb. Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfər müxtəlif xəsarətlər alıb, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qatar Malaqadan Sevilya istiqamətində hərəkət edirmiş. İlkin ehtimal olaraq qəzanın baş vermə səbəbi kimi relsləri yağış sularının yuması göstərilib.

Hadisə zamanı xəsarət alanlara ilk kömək edən yaxınlıqdakı yerli fermerlər olub.

Xəbər lenti

Xəbər lenti