Bakı. Trend:
Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu, Yavuz Yılmaz evində ölü tapılıb.
Trend-in məlumatına görə, Y.Yılmazın bədənində odlu silahdan açılmış güllə yaraları olub. Onun intihar etdiyi ehtimal olunur. Hazırda polis faktla bağlı araşdırma aparır.
Qeyd edək ki, 38 yaşında olan Y.Yılmaz tək yaşayırdı.