Bakı. Trend:
Meksikanın Herrero ştatında özünümüdafiə dəstəsi və yerli sakinlər arasında silahlı toqquşma baş verib.
Trend-in məlumatına görə, silahlı toqquşma Akapulko yaxınlığında baş verib. Özünümüdafiə dəstəsi yaşayış sahəsinə daxil olub və 4 yerli sakini öldürüb. Bundan sonra yerli sakinlər odlu silahdan istifadə edərək özünümüdafiə dəstəsinin 8 üzvünü öldürüblər.
Hazırda hadisə yerinə polis və ordu üzvləri cəlb edilib.
Qeyd edək ki, Herrero Meksikanın ən təhlükəli ştatlarından biri sayılır. Bu ştatda ABŞ-a narkotik satışı üzərində nəzarət uğrunda silahlı qruplaşmalar mübarizə aparırlar.
Özünümüdafiə dəstəsi - ölkənin narkomafiyanın təsirinə daha çox düşmüş ərazilərində yerli sakinlər tərəfindən yaradılır. Lakin Meksikanın mərkəzi hakimiyyəti belə strukturlara kifayət qədər ehtiyatla yanaşırlar.