...

Ermənistan çökür - Ərzaq məhsulları bahalaşıb

Dünya xəbərləri Materials 12 Yanvar 2018 14:39 (UTC +04:00)
2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb.
Ermənistan çökür - Ərzaq məhsulları bahalaşıb

Bakı. Trend:

2017-ci ilin dekabrında Ermənistanın istehlak bazarında ərzaq qiymətləri noyabr ayı ilə müqayisədə 3,6 faiz artıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, meyvə qiymətləri bir ay ərzində 4,3 faiz, tərəvəz qiymətləri 25,1 faiz artıb.

Bundan başqa, ölkədə ət və ət məhsulları 2017-ci ilin dekabrında 2016-cı ilin sonu ilə müqayisədə 11 faiz artım nümayiş etdirib. Süd məhsulları, yumurta və pendir bir il ərzində 7 faiz, şəkər və şəkər tozu 6 faiz bahalaşıb.

Ermənistanda ən çox bahalaşan ərzaq məhsullarından biri balıq olub. Qeyd olunur ki, 2017-ci ilin dekabrında balıq məhsulları 2016-cı ilin dekabrı ilə müqayisədə 24,8 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti