Bakı. Trend:
Səudiyyə Ərəbistanında qadınların futbol oyunlarına gəlməsinə icazə verildiyi rəsmən bəyan edilib.
Trend-in məlumatına görə, bu addım krallıqda həyata keçirilən gender seqreqasiyasını azaltmağa yönəlmiş siyasət çərçivəsində atılıb.
Həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti 25 yaşından yuxarı qadınlara ölkəyə kişilərin müşayəti olmadan daxil olmağa icazə vermək niyyətintədir.