...

Səudiyyə Ərəbistanında 35 il ərzində ilk film göstərilib

Dünya xəbərləri Materials 16 Yanvar 2018 04:39 (UTC +04:00)
Səudiyyə Ərəbistanında son 35 il ərzində geniş ekranda göstərilmiş ilk kinofilm Amerikanın "Emozi film" animasiya filmi olub
Səudiyyə Ərəbistanında 35 il ərzində ilk film göstərilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanında son 35 il ərzində geniş ekranda göstərilmiş ilk kinofilm Amerikanın "Emozi film" animasiya filmi olub.

Trend-in məlumatına görə, müvəqqəti kinoteatrın tamaşaçıları yalnız kinoya baxmaq deyil, həm də popkorn ala biliblər.

Qeyd edək ki, 1980-ci illərin əvvələrində Səudiyyə Ərəbistanında kinoteatrlara qadağa qoyulub. Bu ölkənin vətəndaşları qonşu Bəhreyndə kinoteatrlara gedirdilər. Lakin yaxınlarda Audiovizual Media üzrə Baş Komissiya kinoteatrlara lisenziya verməyə başlayıb. Qadağadan sonra ilk kinoteatrlar 2018-ci ilin mart ayında açılacaq.

Xəbər lenti

Xəbər lenti