...

Əfqanıstanda silahlı hücum - azı 18 nəfər həlak olub

Dünya xəbərləri Materials 21 Yanvar 2018 15:15 (UTC +04:00)
"Taliban" silahlıları Əfqanıstanın şimalında iqtidaryönlü silahlı dəstələrə hücum ediblər
Əfqanıstanda silahlı hücum - azı 18 nəfər həlak olub

Bakı. Trend:

"Taliban" silahlıları Əfqanıstanın şimalında iqtidaryönlü silahlı dəstələrə hücum ediblər.

Trend-in məlumatına görə, hücum nəticəsində azı 18 nəfər həlak olub. Hücum Balx əyalətində nəzarət buraxılış məntəqəsinə olunub.

Qeyd edək ki, son vaxtlar Əfqanıstanın şərq və cənub əyalətlərində ekstremist qruplaşmalar aktiv fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti