Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası sabah Suriyada vəziyyətə dair məsləhətləşmələr keçirəcək.
Trend-in məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian "Tvitter" sosial şəbəkəsində yazıb.
"BMT Təhlükəsizlik Şurası sabah Suriyada vəziyyətə dair məsləhətləşmələr keçirəcək. Fransa humanitar çıxışın təmin edilməsində ehtiyac olduğunu vurğulayır", - deyə nazir bildirib.
Şənbə günü Türkiyə Suriyanın Afrin şəhərində PYD və YPG-ya qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.