...

Türkiyədə İŞİD-in daha bir "nazir"i tutulub

Dünya xəbərləri Materials 24 Yanvar 2018 09:46 (UTC +04:00)
İŞİD terror təşkilatının "səhiyyə naziri" Hefah Bəşər Hüseyn tutulub.
Türkiyədə İŞİD-in daha bir "nazir"i tutulub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatının "səhiyyə naziri" Kefah Bəşər Hüseyn tutulub.

Bu barədə Trend vilayətin Polis İdarəsinə istinadən məlumat verir.

Bundan başqa, İŞİD-lə əlaqəsi olan 14 nəfər saxlanılıb. Onlardan 7-si Əlcəzair, 2-si Suriya və 2-si İran, hərəsinə biri olmaqla Niderland, Mərakeş və Misir vətəndaşıdır.

Qeyd edək ki, yanvarın 12-də Türkiyə polisi tərəfindən İŞİD-in "kənd təsərrüfatı naziri" Tariq Əhməd də saxlanlılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti