Bakı. Trend:
Yaponiyanın Müdafiə Nazirliyi ABŞ hərbi komandanlığından AH-1 vertolyotlarının uçuşuna qadağa qoymağı tələb edib.
Trend-in məlumatına görə, bu tələb yanvarın 23-də hərni helikopterin Okinava prefekturasının ərazisinə təcili eniş etməsi ilə bağlı insidentdən sonra irəli sürülüb.
Müdafiə naziri İtsunori Onodera bildirib ki, son bir ay ərzində ABŞ hərbi vertolyotlarının 3 dəfə hərbi bazadan kənara eniş etməsi qəbuledilməzdir: "Bu hadisə Okinava sakinlərini narahat edir".