...

Ərdoğan Afrində öldürülən terrorçuların sayını açıqladı

Dünya xəbərləri Materials 24 Yanvar 2018 14:46 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifətinin Afrində aparılan əməliyyat zamanı itkilərinin sayı açıqlanıb.

Trend-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti "Zeytun budağı" hərbi əməliyyatının ilk 4 günü ərzində 7-8 nəfər, düşmən isə 268 nəfər itki verib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti