Bakı. Trend:
Nigeriyada Lassa qızdırmasından 31 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Nigeriyanın səhiyyə naziri İsaak Adevole Folorunşo bildirib.
Onun sözlərinə görə, Lassa qızdırmasından 105 xəstələnmə qeydə alınıb və onlardan 77-s- 2018-ci ildə. Nazir əlavə edib ki, yoluxanlar arasında 10 tibb işçisi var və onlardan 4-ü ölüb.