...

Suriya XİN koalisiyanın hava zərbəsini hərbi cinayət adlandırıb

Dünya xəbərləri Materials 8 Fevral 2018 22:28 (UTC +04:00)
Suriya XİN BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyadakı qanunsuz hərəkətlərini qınamaq çağırışı ilə məktub göndərib
Suriya XİN koalisiyanın hava zərbəsini hərbi cinayət adlandırıb

Bakı. Trend:

Suriya XİN BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyadakı qanunsuz hərəkətlərini qınamaq çağırışı ilə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda Suriya XİN beynəlxalq koalisiyanın Suriya ərazisinə endirdiyi hava zərbələrini hərbi cinayət adlandırıb.

Qeyd edək ki, ötən gün Suriya könüllüləri Deyr-əz-Zor əyalətində beynəlxalq koalisiyanın hava zərbələrinə məruz qalıblar. Hava zərbələri nəticəsində 25 könüllü xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti