...

"Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 1266 terrorçu, 19 obyekt məhv edilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 11 Fevral 2018 11:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1266 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, qərargah ötən gün həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 86 üzvünün məhv edilməsi barədə xəbər yayıb.

Bundan başqa, son məlumata görə, Türkiyə HHQ terrorçuların 19 obyektinə hava zərbələri endiriblər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti