Bakı. Trend:
Misir ordusunun bölmələri Sinay yarımadasının şimalında keçirdiyi antiterror əməliyyatının başladığı gündən 16 silahlını zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Misir Hərbi Qüvvələrinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: "Misir HHQ-nin döyüş təyyarələri əməliyyat çərçivəsində ekstremistlərin qərargahları, informasiya mərkəzi daxil olmaqla 66 hədəfi vurublar".
Bundan əlavə qeyd olunur ki, 11 avtomobil, 10-dan çox motosiklet məhv edilib və bir neçə silah və hərbi sursat anbarları aşkar edilib. Əməliyyatın ilk günlərində radikal qruplaşmalarla əlaqəli olan 30-dan çox insan saxlanılıb.