...

Meksikada zəlzələdən sonra fövqəladə vəziyyət rejimi elan edilib

Dünya xəbərləri Materials 19 Fevral 2018 07:30 (UTC +04:00)
Meksikanın Milli Mülki Müdafiə Xidməti Oaxaka ştatının fevralın 17-də baş verən zəlzələdən zərər çəkmiş 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan edib
Meksikada zəlzələdən sonra fövqəladə vəziyyət rejimi elan edilib

Bakı. Trend:

Meksikanın Milli Mülki Müdafiə Xidməti Oaxaka ştatının fevralın 17-də baş verən zəlzələdən zərər çəkmiş 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in məlumtaına görə, fövqəladə vəziyyət rejimi bu rayonlara təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə xüsusi fondun vəsaitlərinə çıxış əldə etməyə imkan verəcəkdir.

Qeyd edək ki, fevralın 17-də Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Pimotepa-Nasyonal rayonunda yerləşib. Meksikanın Milli Seysmoloji Xidməti zəlzələdən sonra 1,5 min afterşok qeydə alıb.

Xəbər lenti

Xəbər lenti