...

Fransada küçədə söz atmağa görə 90 avro cərimə tətbiq olunacaq

Dünya xəbərləri Materials 12 Mart 2018 16:07 (UTC +04:00)
Fransada küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək
Fransada küçədə söz atmağa görə 90 avro cərimə tətbiq olunacaq

Bakı. Trend:

Fransada küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək.

Trend-in məlumatına görə, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrevo elan edib.

Qeyd olunur ki, bu kateqoriyaya əsasən qadınlara sataşmalar və söz atmalar daxil olacaq.

Hökumət rəsmisi bildirib ki, paytaxtda ictimai nəqliyyatdan istifadə edən qadınların 90 faizi həm fiziki, həm də sözlə təcavüzə məruz qaldığını etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti