Bakı. Trend:
Ankara Almaniyanı türk məscidlərinə hücumların qarşısını almaq üçün addımlar atmağa çağırır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir: "Biz Almaniyada irqçi, anti-islam qruplşmalarının və PKK terror təşkilatının türk məsçidlərinə hücumlarının artmasını narahatlıqla qeyd edirik. Ankara Almaniya hökümətini türk məscidlərinə hücumların qarşısını almaq üçün addımlar atmağa çağırır. PKK-nın bu cür hücumların davam edəcəyi və Lauffen-am-Nekkar şəhərindəki hücuma görə cavabdehliyi öz üzərinə götürməsi haqqında etdiyi bəyanat terror təşkilatının real üzünü göstərir".
Qeyd edək ki, son bir neçə gün ərzində Almaniyanın Berlin və Lauffen-am-Nekkar şəhərlərində yerləşən türk məscidlərinə hücumlar olunub.