Bakı. Trend:
Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb.
Trend-in məlumatına görə, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub.
Balıq auksionda 7,15 milyon yen - təqribən 67 min dollara satılıb.
Tunes martın 9-da Honsü adasından 555 km cənubda, Oqasavara adalarında ovlanıb. Balıqçılar tunesi sudan çıxartmağa təqribən 1 saat vaxt sərf ediblər.
Xatırladaq ki, ötən ilin mart ayında Katsuura limanından olan ovçular çəkisi 446 kq, uzunluğu 2,82 m olan tunes ovlamışdılar.