Bakı. Trend:
Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Fransanın bir sıra departamentindən diri quş və yumurta idxalına məhdudiyyət tətbiq edib.
Trend-in məlumatına görə, qərar Fransanın bəzi bölgələrində aşağı patogenli quş qripinin qeydə alınması ilə əlaqədardır.
Qeyd olunur ki, idxal məhdudiyyəti martın 13-dən başlayaraq müvəqqəti tətbiq olunur.
Quş qripinin Fransanın Men və Luara, Sarta, Dö-Sevr departamentlərində qeydə alındığı bildirilir.