...

Merkel yenidən Almaniya kansleri seçildi

Dünya xəbərləri Materials 14 Mart 2018 13:09 (UTC +04:00)
Almaniya parlamentinin deputatları səs çoxluğu ilə Angela Merkeli kansler vəzifəsinə təkrarən seçib.
Merkel yenidən Almaniya kansleri seçildi

Bakı. Trend:

Almaniya parlamentinin deputatları səs çoxluğu ilə Angela Merkeli kansler vəzifəsinə təkrarən seçiblər.

Trend-in məlumatına görə, səsvermədə iştirak edən 688 deputatdan 364 nəfəri A.Merkelin lehinə səs verib.

Qeyd edək ki, bir neçə gün əvvəl Angela Merkel digər partiya rəhbərləri ilə koalisiya hökumətinin qurulması barədə razılıq əldə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti