...

Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxaracaq - NİYƏ?

Dünya xəbərləri Materials 14 Mart 2018 17:06 (UTC +04:00)
Böyük Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxaracaq
Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxaracaq - NİYƏ?

Bakı. Trend:

Böyük Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxaracaq.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

Bundan başqa, Britaniya Rusiya ilə bütün ikitərəfli əlaqələri dayandıracaq. Ölkənin yüksək vəzifəli məmurları, eləcə də kral ailəsinin üzvləri Rusiyaya futbol üzrə dünya çempionatı zamanı səfər etməyəcək.

Qeyd olunur ki, bu qərar keçmiş rusiyalı agent Sergey Skripalın ölümü ilə əlaqədar qəbul olunub.

Xatırladaq ki, S.Skripal zəhərlənmədən həyatını itirib. Böyük Britaniya hökuməti bu məsələdə Rusiya xüsusi xidmət orqanlarını ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti