...

Türkiyədə şəhər xəstəxanasında yanğın baş verib

Dünya xəbərləri Materials 22 Mart 2018 16:05 (UTC +04:00)
Ordu əyalətində yerləşən xəstəxanaların birində yanğın hadisəsi qeydə alınıb.
Türkiyədə şəhər xəstəxanasında yanğın baş verib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Ordu əyalətində yerləşən xəstəxanaların birində yanğın hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər iş aparır.

Məlumatda deyilir ki, xilasedicilər xəstəxanada olan insanları təxliyə edə biliblər.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti