...

İsgəndəriyənin mərkəzində partlayış olub

Dünya xəbərləri Materials 24 Mart 2018 15:24 (UTC +04:00)
Şəhərin mərkəzində partlayıcı quraşdırılmış avtomobil partlayıb.
İsgəndəriyənin mərkəzində partlayış olub

Bakı. Trend:

Misirin İsgəndəriyə şəhərində partlayış baş verib.

Trend-in məlumatına görə, şəhərin mərkəzində partlayıcı quraşdırılmış avtomobilin partlaması nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisədən bir qədər əvvəl Misirin Daxili İşlər Nazirliyi ölkədə fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşları" qruplaşması ilə əlaqədə günahlandırılan bir neçə nəfəri saxladığını bəyan etmişdi. Həmin şəxslərin ölkədə prezident seçkiləri öncəsi terror aktı planlaşdırdığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti