Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Suriyanın Afrin bölgəsində 8 mindən çox ailəyə humanitar yardım göstərib.
Trend-in məlumatına görə, Türkiyə Afrindəki 8 xəstəxana və 11 poliklinikada tibbi xidmətlər göstərməyi də planlaşdırır.
Rəsmi Ankaranın, həmçinin bölgədə yerli özünüidarə orqanları formalaşdıracağı gözlənilir.
Xatırladaq ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin şəhərini PYD və YPG terrorçularından azad ediblər.