...

Ərdoğan: Afrində hərbi əməliyyat davam edir

Dünya xəbərləri Materials 2 Aprel 2018 15:46 (UTC +04:00)
“Afrində hərbi əməliyyat davam edir və bu, orada sonuncu terrorçu məhv edilənədək davam edəcək”.
Ərdoğan: Afrində hərbi əməliyyat davam edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

“Afrində hərbi əməliyyat davam edir və bu, orada sonuncu terrorçu məhv edilənədək davam edəcək”.

Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, “Zeytun budağı” əməliyyatı başlayandan Türkiyə Silahlı Qüvvələri 3872 terrorçunu zərərsizləşdirib.

R.T.Ərdoğan onu da vurğulayıb ki, “Zeytun budağı” əməliyyatının hədəfi terrorçulardır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti