Bakı. Trend:
Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 154 mindən çox adam çıxıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.
Y.Yevtuşenko bildirib: "Fevralın 28-dən Duma yaşayış sahəsindən 30 min 376 insan çıxıb. Ümumilikdə "humanitar pauzalar" başlayandan Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin köməyi ilə Şərqi Qutadan 154286 adam çıxıb".