Bakı. Trend:
"Skripal işi" ilə bağlı 27 ölkədən rus diplomatlarının çıxarılmasından sonra bu dəfə ABŞ rusiyalı biznesmenləri geri göndərmək istəyir.
Trend-in məlumatına görə, hələlik hansı sayda biznesmenin geri göndəriləcəyi barədə məlumat verilmir. Siyahının bu gün açıqlanacağı bildirilir.
Məlumatda həmçinin deyilir ki, tətbiq olunacaq sanksiyaların 2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı olması da müzakirə mövzusudur.
Qeyd edək ki, ötən ay ABŞ sanksiya siyahısına 19 rus vətəndaşı və 5 hüquqi şəxsi əlavə edib.