...

ABŞ-da avtobusda atışma baş verib: 3 ölü

Dünya xəbərləri Materials 8 Aprel 2018 06:13 (UTC +04:00)
ABŞ-ın İllinoys ştatında avtobusda atışma baş verib
ABŞ-da avtobusda atışma baş verib: 3 ölü

Bakı. Trend:

ABŞ-ın İllinoys ştatında avtobusda atışma baş verib.

Trend-in məlumatına görə, atışma nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə polis əməkdaşlarını avtobusun sürücüsü çağırıb.

İlkin məlumata əsasən, 3 nəfəri güllələyən şəxs avtobusun sərnişini olub.

Hazırda polis əməkdaşları insidenti araşdırır və ehtimal olunan cinayətkarın şəxsiyyətini müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti