Bakı. Trend:
Suriyanın şərqində Homs əyalətindəki aviabazaya raket zərbəsi zamanı İsrail təyyarəsi səmada olub.
Trend-in məlumatına görə, T4 aviabazasına hava zərbələri zamanı İsrail aviasiyasına məxsus təyyarə səmada görünüb.
Bundan əvvəl raket zərbələrinin ABŞ tərəfindən edildiyi güman edilsə, Pentaqon bunu təkzib edib.
Qeyd edək ki, aviabazaya raket zərbəsi nəticəsində bir neçə nəfər ölüb, onlarla insan yaralanıb.