...

ABŞ Dövlət Departamentində daha bir rəsmi nümayəndə işə başlayıb

Dünya xəbərləri Materials 11 Aprel 2018 06:14 (UTC +04:00)
Amerikalı kadr diplomatı Elizabet Fitssimmons ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini vəzifəsinin müvəqqəti icrasına başlayıb
ABŞ Dövlət Departamentində daha bir rəsmi nümayəndə işə başlayıb

Bakı. Trend:

Amerikalı kadr diplomatı Elizabet Fitssimmons ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini vəzifəsinin müvəqqəti icrasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlər üçün müntəzəm keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert deyib.

H.Nauert bildirib: "Mətbuat xidmətinin rəhbərinin müavini vəzifəsini müvvəqəti icra edən şəxsin olduğunu sizə elan etməyə şadam və bu mənim həmkarım Elizabet Fitssimmonsdur".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Elizabet Fitssimmons kadr əməkdaşıdır və diplomatik sahədə uzun müddətdir işləyir.

Qeyd edək ki, hazırda ABŞ dövlət katibi vəzifəsini müvəqqəti olaraq Con Sallivan icra edir. Mart ayında prezident Donald Tramp Reks Tillersonun istefası barədə qərar verib və onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsisinin rəhbəri Maykl Pompeonun namizədliyini irəli sürüb. Bu namizədi Konqresin Senatı təsdiq etməlidir. Hezer Nauert özü isə ictimai diplomatiya üzrə dövlət katibinin müavini vəzifəsini müqvəqqəti icra edir.

Xəbər lenti

Xəbər lenti