...

Stadionda partlayış: 5 ölü

Dünya xəbərləri Materials 13 Aprel 2018 05:33 (UTC +04:00)
Somalinin Barva şəhərində stadionunda yerli futbol komandalarının qarşılaşması zamanı partlayış baş verib
Stadionda partlayış: 5 ölü

Bakı. Trend:

Somalinin Barva şəhərində stadionunda yerli futbol komandalarının qarşılaşması zamanı partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

Ölənlərin sayının artacağı gözlənilir.

Polisin məlumatına əsasən, kustar üsulla hazırlanmış partlayıcı qurğu fəxri qonaqlar üçün nəzərdə tutulmuş tribunada yerləşdirilib.

Partlayış nəticəsində futbolçulardan heçkim xəsarət almayıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti