...

BMT Təhlükəsizlik Şurası Suriyada vəziyyəti müzakirə edəcək

Dünya xəbərləri Materials 13 Aprel 2018 07:28 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası aprelin 13-də keçiriləcək açıq iclasında Suriyada vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası Suriyada vəziyyəti müzakirə edəcək

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası aprelin 13-də keçiriləcək açıq iclasında Suriyada vəziyyəti müzakirə edəcək.

Trend-in verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Qeyd edək ki, daha öncə Rusiya bu cür iclasın keçirilməsi ilə bağlı sorğu ilə müraciət edib.

Xatırladaq ki, aprelin 12-də Boliviyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Suriya məsələsinə dair qapalı iclas keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti