...

Türkiyədə psixiatrik klinikada yanğın olub

Dünya xəbərləri Materials 14 Aprel 2018 13:11 (UTC +04:00)
Türkiyənin şimal-şərqində Bursa vilayətində psixiatrik klinikada yanğın baş verib.
Türkiyədə psixiatrik klinikada yanğın olub

Bakı. Trend:

Türkiyənin şimal-şərqində Bursa vilayətində psixiatrik klinikada yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın klinikanın yeməkxanasında başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Klinikadakı pasiyentlərin və həkimlərin təxliyə olunduğu bildirilib.

Yanğınının başvermə səbəbləri və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti