Bakı. Trend:
Ermənistanda Serj Sarqsyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyasının iştirakçıları Yerevanın mərkəzi küçələrini bağlamağa başlayıblar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, müxalifətçilər artıq Tumanyan və Abovyan küçələrinin, Maştots prospekti ilə Amiryan küçələrinin kəsişmələrini bağlayıblar.
Şimal prospekti ilə etirazçılar mərkəzə doğru - Respublika meydanına istiqamətləniblər.
Daha öncə, aksiya rəhbəri Nikol Paşinyan bildirmişdi ki, etirazçılar çərşənbə axşamı günü parlament istiqamətində olan bütün yolları bağlamağa çalışacaqlar. O küçələri gecədən bağlamağı təklif edib.