...

Ermənistanda etiraz aksiyalarının lideri tərəfdarlarını baş nazirin ofisinə doğru aparır

Dünya xəbərləri Materials 18 Aprel 2018 23:40 (UTC +04:00)

Bakı. Trend:

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyasının lideri erməni müxalifətçi deputat Nikol Paşinyan tərəfdarlarını Respublika meydanından Baqramyan prospektinə aparır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu prospektdə baş nazirin ofisi və parlamentin binası yerləşir.

Qeyd edək ki, Serj Sarkisyanın aş nazir seçilməsinə qarşı aksiyalar aprelin 13-ü balayıb. Müxalifət onu ölkəni səmərəsiz idarə etmədə və iqtisadi vəziyyətin pisləşməsində günahlandırır. Aprelin 16-sı etirazçılar parlament binasına doğru keçmək istəyərkən polislər və etirazçılar arasında toqquşma baş verib. Nəticədə onlarla insan xəsarət alıb. Bundan bir gün sonra etirazçılar Ermənistanda "məxməri inqilab"ın başladığını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti