Bakı. Trend:
Səudiyyə Ərəbistanının Barik və əl-Mucaridə rayonları arasında yerləşən polis postuna naməlum şəxslər tərəfindən silahlı hücum olub.
Trend-in məlumatına görə, hücum nəticəsində 3 nəfər polis əməkdaşı həlak olub.
Silahlı hücumu törədənlərdən ikisi artıq həbs olunub. Üçüncü şəxsi tutmaq istərkən növbəti insident baş verib. Şübhəli şəxs daha 5 nəfər polis əməkdaşını yaralayıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb.