Bakı. Trend:
“Air India” aviaşirkətinə məxsus təyyarənin illüminatoru uçüş zamanı korpusdan qopub.
Trend-in məlumatına görə, hadisəyə səbəb hava gəmisinin turbulentlik zonasına düşməsi olub.
İnsident nəticəsində 3 sərnişinin xəsarət aldığı bildirilir.
Hadisə təyyarə havaya qalxdıqdan az sonra qeydə alınıb. Rəsmilərin sözlərinə görə, layner 10-12 dəqiqə ərzində silkələnib.