...

Putin Ermənistan prezidenti ilə ölkədəki vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 26 Aprel 2018 01:28 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub
Putin Ermənistan prezidenti ilə ölkədəki vəziyyəti müzakirə edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

Trend-in verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Ermənistanda yaranmış mövcud vəziyyətin müzakirə edildiyi bildirilir.

"Ermənistandakı cari vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen sarkisyan daxili böhranın tezliklə aradan qaldırılması məqsədi ilə ölkədəki bütün siyasi qüvvələri tərəfindən təmkin və məsuliyyət nümayiş etdirilməsinin vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti