...

İki Koreya dövləti arasında dəmir yolu açılması təklif edilir

Dünya xəbərləri Materials 27 Aprel 2018 11:09 (UTC +04:00)
İki Koreya dövləti arasında dəmir yollarının birləşdirilməsi təklif edilir.
İki Koreya dövləti arasında dəmir yolu açılması təklif edilir

Bakı. Trend:

Koreya Respublikasının Prezidenti Mun Çje İn Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Ina iki ölkə arasında dəmir yollarını birləşdirməyi təklif edib.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya rəhbərinin nümayəndəsi danışıqların birinci raundundan sonra brifinqdə deyib.

O bildirib ki, əgər dəmir yolları birləşdirilsə, sürət qatarları da buraxıla bilər.

Qeyd edək ki, aprelin 27-də K.Ç.In Cənubi Koreyaya səfər edən ilk Şimali Koreya lideri olub. O, M.Ç.İnlə görüşündə iki Koreya dövləti arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti