...

Paşinyan tərəfdarlarını Ermənistanın bütün yollarını və hava limanlarını bağlamağa çağırıb

Dünya xəbərləri Materials 1 May 2018 22:46 (UTC +04:00)
Müxalifət lideri Nikol Öaçinyan tərəfdarlarını Ermənistanın bütün avtomobil yollarını və hava limanlarını bağlamağa çağırıb
Paşinyan tərəfdarlarını Ermənistanın bütün yollarını və hava limanlarını bağlamağa çağırıb

Bakı. Trend:

Müxalifət lideri Nikol Öaçinyan tərəfdarlarını Ermənistanın bütün avtomobil yollarını və hava limanlarını bağlamağa çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, o çağırışı Yerevanın Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı edib.

N.Paşinyan bildirib: "Mən 08:00-dan geniş miqyaslı vətəndaş itaətsizliyi aksiyalarna başlamağa çağırıram. Bizim tərəfdarlar respublikanın bütün hava limanlarını və yollarını bağlamalıdırlar. Biz xalqın qələbəsini oğurlamağa imkan verməyəcəyik".

Müxalifət lideri qeyd edib ki, Respublika partiyası ölüb və olmayan hakimiyyət xalqın qələbəsini qəbul etməlidir və baş nazir vəzifəsinə xalqın namizədini seçməlidir.

Xəbər lenti

Xəbər lenti