Bakı. Trend:
Estoniyada 15 min hərbçinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb.
Trend-in məlumatına görə, “Kirpi” adı verilən təlimlər mayın 14-dək davam edəcək və manevrlərin bir hissəsi Latviyanın şimalında da keçiriləcək.
Qeyd olunur ki, bu təlimlər ölkə müstəqillik əldə etdikdən sonra ən böyük təlimlərdir. Təlimlərdə Belçika, Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Gürcüstan, Danimarka, İrlandiya, Latviya, Kanada, Ukrayna, Polşa, Litva və İsveçdən olan hərbçilər iştirak edir.