...

Yaponiya yenə Cənubi Koreyaya etiraz etdi - Desertə görə

Dünya xəbərləri Materials 2 May 2018 16:59 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya Cənubi Koreyaya təkrar etiraz notası təqdim edib.

Trend-in məlumatına görə, etiraz Şimali və Cənubi Koreya rəhbərləri arasında keçirilmiş görüş zamanı verilən desertlə əlaqədar olub.

Həmin görüşdə təqdim olunan tortun üzərində birləşmiş Koreyanın xəritəsi və Yaponiya ilə Cənubi Koreya arasında mübahisəli Takesima (Tokto) adalarının xəritəsi əks olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Yaponiya ilk etiraz notasını təqdim etmişdi.

Qeyd olunur ki, Yaponiya özünü bu adaların dəyişilməz sahibi hesab edir və bu addım düzgün qarşılanmır.

Etiraz notası Cənubi Koreyanın Tokiodakı səfirliyinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti