Bakı. Trend:
Keniyada güclü yağışlardan sonra baş verən daşqınlar 112 nəfərin həyatına son qoyub.
Trend-in məlumatına görə, bu barədə təbii fəlakətin fəsadlarına həsr olunmuş mətbuat konfransında yerli "Qızıl Xaç" cəmiyyətinin nümayəndəsi bildirib.
Məlumata görə, daşqınlar həmçinin 8 min hektar kənd təsərrüfatı sahəsinə ziyan vurub.
Ümumilikdə təbii fəlakətin 260 mindən çox insanı əhatə etdiyi bildirilir.