...

Türkiyə və Yunanıstan gəmiləri toqquşub

Dünya xəbərləri Materials 4 May 2018 18:01 (UTC +04:00)
Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib
Türkiyə və Yunanıstan gəmiləri toqquşub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib.

Trend-in məlumatına görə, qəza səhər saatlarında Lesbos adasının akvatoriyasında qeydə alınıb.

Hadisə nəticəsində gəmilər ciddi zərbə alsalar da, heç biri batmayıb. Xəsarət alanların olmadığı bildirilir.

Hazırda toqquşmanın təfərrüatları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti