Bakı. Trend:
ABŞ F-35 qırıcılarının tədarükünü dayandırsa, Türkiyə buna qarşı cavab tədbirlər görəcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk telekanalına müsahibəsində deyib.
Nazir bildirib: "Gələn həftə ABŞ-a səfər edəcəm. Söhbət F-35-lərin satışının dayandırılmasının qəbuledilməz olduğu barədə aparılacaq. Əgər bu baş versə, Türkiyə buna müvafiq cavab verəcək".