...

Belçikada zavodda partlayış olub

Dünya xəbərləri Materials 9 May 2018 13:56 (UTC +04:00)
Belçikanın Şatl şəhərində yerləşən metallurgiya zavodunda partlayış olub.
Belçikada zavodda partlayış olub

Bakı. Trend:

Belçikanın Şatl şəhərində yerləşən metallurgiya zavodunda partlayış olub.

Trend-in məlumatına görə, partlayış zavodun qaz anbarında yanğının baş verməsi nəticəsində baş verib.

Hadisə zamanı zavodda 600 işçi olub. Onlardan ən azı 3 nəfərin yaralandığı xəbər verilir. İşçilər təcili evakuasiya edilib.

Təhlükəsizlik məqsədilə yaxınlıqda yerləşən dəmiryolu stansiyasının işçiləri və sərnişinlər də təxliyə edilib.

Artıq alovun söndürüldüyü bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti