Bakı. Trend:
İŞİD terror qruplaşması Fransanın paytaxtı Parisdəki hücuma görə cavabdehliyi üzərinə götürüb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayb.
Qeyd edək ki, ötən gün Fransanın paytaxtı Parisdə naməlum şəxs bıçaqla insanlara hücum edib. Təsdiq olunan məlumata əsasən, bir nəfər həlak olub, 2-si ağır olmaqla 4 nəfər isə yaralanıb. Hücum edən şəxs polislər tərəfindən güllələnib.