Bakı. Trend:
Növbəti "Avroviziya" mahnı müsabiqəsi Qüdsdə keçiriləcək.
Trend-in məlumatına görə, bunu özünün "Tvitter" səhifəsində İsrailin baş naziri Binyamin Netanyahu yazıb.
Baş nazir bildirib: "Netta, sən İsrailə böyük şöhrət gətirdin. Növbəti il - Qüdsdə!"
Xatırladaq ki, Portuqaliyada ilk dəfə keçirilən mahnı müsabiqəsində İsrail təmsilçisi Netta Barzilay qalib gəlib. İkinci yerin sahibi Kipr təmsilçisi Eleni Fureyre olub. Yarışmada üçüncü avstriyalı Sezar Sempson olub.